Mali Ukrayna ilə diplomatik əlaqələri kəsdi
Dünya
05.08.2024 10:26
Mali hakimiyyəti Kiyevin Afrika ölkəsindəki terror qruplaşmalarına dəstək verdiyini əsas gətirərək Ukrayna ilə diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Mali hökuməti həmçinin Ukraynanın Seneqaldakı səfiri Yuri Pivovarovun ölkəsinin beynəlxalq terrorizmə, xüsusilə Malidə birmənalı dəstəyini nümayiş etdirən son bəyanatlarına diqqət çəkib.
“Ukrayna hakimiyyəti tərəfindən təkzib olunmayan və pislənməyən bu cür ciddi iddialar Ukrayna hökumətinin Afrikada, Saheldə və xüsusən də Malidə terrorizmə açıq-aşkar rəsmi dəstəyini göstərir. Rusiya və Ukrayna arasında münaqişənin həmişə sülh yolu ilə həllinə çağıran Mali hökuməti, Ukraynanın bu təcavüzünü və Kiyev hakimiyyətinin düşmənçiliyini qətiyyətlə pisləyir” deyə əlavə olunub.
Qeyd edək ki, Ukrayna tərəfindən məsələylə bağlı hələ ki, açıqlama verilməyib.
Töhfə Səməd
tag: Mali, Ukrayna, Hakimiyyət, Rusiya, todaypress.az,