Mali ordusu terror hücumunun qarşısını aldı

Dünya

17.09.2024 17:15

Malidə terrorçular jandarm təlimi məktəbinə və digər ərazilərə hücum edib. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.  

Hadisə zamanı bir neçə nəfər yaralanıb. 

“Paytaxt Bamakonda vəziyyət nəzarət altına alınıb. Hazırda təmizləmə əməliyyatları davam edir” deyə ordunun açıqlamasında bildirilir.

Hökumət hücumun paytaxtın bəzi həssas nöqtələrini, o cümlədən jandarma məktəbini hədəf aldığını bildirib. 

Günəş Mərd

tag: Mali, Terrorçular, Bamakon, Hücum, Təlim, todaypress.az,