Mali İsveç səfirini ölkədən deportasiya edəcək

Dünya

09.08.2024 17:55

Mali Xarici İşlər Nazirliyi İsveç səfirinə xəbərdarlıq edib.

TodayPress xəbər verir ki, bu barədə Mali Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, buna səbəb Mali hökumətinin Ukrayna ilə diplomatik əlaqələri kəsməsindən sonra Stokholmun maliyyə yardımını azaltmaq barədə qərar qəbul etməsidir. 

"Xarici İşlər Nazirliyinə çağırılan İsveçin Bamakodakı səfiri, Beynəlxalq Əməkdaşlıq və Ticarət Nazirinin Mali ilə bağlı qeyri-dost bəyanatından sonra 72 saat ərzində ölkəni tərk etmək zərurəti barədə məlumatlandırılıb" deyə Xarici İşlər Nazirliyi vurğulayıb. 

Xatırladaq ki, avqustun 5-də Mali hökuməti Ukrayna ilə diplomatik münasibətləri kəsdiyini elan edib.

Töhfə Səməd

tag: Mali Xarici İşlər Nazirliyi, İsveç, Ukrayna, Stokholm, Ticarət Naziri, todaypress.az,