Mali hava məkanını “Bavar-373”ə həvalə edəcək

Dünya

20.08.2024 08:50

Mali hakimiyyəti İrandan “Bavar-373” hava və raketdən müdafiə sistemi almaq niyyətindədir.

TodayPress bu barədə "AES Info" informasiya portalına istinadən xəbər verir.

Məlumata deyilir ki, bu addım iki ölkə arasında hərbi əməkdaşlıqda dönüş nöqtəsi ola bilər.

“Bavar-373” 305 km məsafədə hava hədəflərini vurmaq üçün nəzərdə tutulmuş modernləşdirilmiş zenit-raket kompleksidir.

tag: Bavar-373, Mali, İran, Raket, Müdafiə Sistemi, todaypress.az,