Maldiv Pakistandakı səfirini geri çağırdı
Dünya
06.11.2024 03:34
Maldiv adaları Pakistandakı səfiri Mohamed
Thohanı Əfqanıstanda hakimiyyətə nəzarət edən radikal Taliban hərəkatının
nümayəndəsi ilə görüşünə görə geri çağırıb.
TodayPress xəbər verir ki, bu barədə Maldivlərin “The
Edition” internet nəşri məlumat yayıb.
Ötən həftə İslamabadda Maldiv diplomatı ilə Talibanın
sözçüsü Sərdar Əhməd Şakib arasında görüş baş tutub.
Tezliklə sosial mediada görüşün fotoları yayılıb və bu da
öz növbəsində Maldiv adalarının Əfqanıstandakı Taliban rejimini
tanıyıb-tanımadığı ilə bağlı geniş müzakirələrə səbəb olub.
Bununla əlaqədar olaraq, adanın Xarici İşlər Nazirliyi
bəyanat yayaraq bildirib ki, Maldiv diplomatının görüşünə rəsmi icazə
verilməyib.
tag: Maldiv, Taliban,Pakistan, Əfqanıstan, todaypress.az,