Malayziya BRICS-ə qoşulmaq istəyir
Dünya
03.09.2024 23:10
Malayziyanın baş naziri ölkənin BRICS-ə qoşulmaq niyyətini açıqlayıb.
TodayPress xəbər
verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi “X“ sosial
şəbəkə hesabında məlumat yayıb.
Yazıda qeyd olunub ki, baş nazirin Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır və o, Malayziyanın BRICS-ə qoşulmaqda maraqlı olduğunu təsdiqləyəcək.
BRICS-in XIV sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək. 2024-cü ildə təşkilata sədrlik edən Rusiya assosiasiyanın sammitini üçüncü dəfə öz ərazisində keçirəcək.
Aynur TAC
tag: Putin,Kazan,Rusiya,Malayziya,BRİKS,