Malavinin vitse-prezidenti təyyarə qəzasında həlak oldu
Dünya
11.06.2024 11:53
Göyərtəsində Malavinin vitse-prezidenti Saulos Çilimanın olduğu təyyarə radarlardan itib.
TodayPress xəbər verir ki, hava layneri meşəlik ərazidə qəzaya uğrayıb. Axtarış-xilasetmə əməliyyatından sonra radarlardan itən təyyarə Chikangava meşəsində tapılıb. Qəza nəticəsində Saulos Çilima və daha 9 nəfər həlak olub.
Məlumata görə, Malavi Prezidenti Lazarus Çakvera hadisə ilə əlaqədar Baham adalarına səfərini ləğv edib.
Nərmin Tuncay
tag: Malavin, Prezident, Saulos Çiliman, Həlak,Baham, todaypress.az,