Malavidə təyyarə qəzasında iki nəfər öldü
Dünya
22.08.2024 03:00
Malavidə avqustun 22-də baş verən təyyarə
qəzasında iki nəfərin öldüyü təsdiqlənib.
TodayPress bu barədə "Africanews"a istinadən
bildirir ki, itkin düşənlər siyahısında olan iki sərnişinin ölümü bu gün
təsdiqlənib.
Göyərtəsində pilot və iki sərnişinin olduğu təyyarə
paytaxt Lilonqvedən təxminən 200 km şimal-şərqdə Nxotakota bölgəsində qəzaya
uğrayıb” bölgə sözçüsü Vonqani Mkandavire bildirib.
Qəza nəticəsində pilot, 50 yaşlı Zimbabve vətəndaşı və
Niderlanddan olan 29 yaşlı sərnişin həlak olub. Digər sərnişin, 22 yaşlı
Niderland vətəndaşı Şarlotta Lemstra yerli balıqçılar tərəfindən xilas edilib
və hazırda vəziyyəti stabildir.
Təyyarə “Nyasa Express” şirkətinə məxsus olub.
tag: Malavi,Niderland, Şarlotta Lemstra,Təyyarə, Qəza, todaypress.az,