Makronun yeni Baş naziri təyin edəcəyi vaxt açıqlandı
Dünya
11.08.2024 13:02
Fransa prezidenti Emmanuel Makron avqustun 15-dən sonra yeni Baş naziri təyin edə bilər.
TodayPress xəbər verir ki, bu barədə “Le Journal du Dimanche” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Makron Baş nazirliyə namizədliyi ilə bağlı qərarın qəbulu üçün son tarix kimi avqustun ortalarını göstərib. Hökumət isə ayın sonuna kimi formalaşacaq.
Qəzetin yazdığına görə, hökumət başçısı postuna namizədlər arasında Hauts-de-France bölgəsinə rəhbərlik edən keçmiş əmək naziri Ksavye Bertran, həmçinin 2016-cı ildə Fransanın baş naziri olmuş Bernard Kaznev də var.
Qeyd edək ki, Fransada növbədənkənar parlament seçkilərində Makronun koalisiyası ikinci yeri tutaraq Baş naziri istefaya getməyə məcbur edib. İyulun 16-da Emmanuel Makron baş nazir Qabriel Attalın hökumətinin istefasını qəbul edib.
Günəş Mərd
tag: Fransa,Makron,Baş nazir,təyinat,todaypress.az,