Makronun Ukraynanı təhdid edən qərarı açıqlandı

Dünya

09.09.2024 09:10

Fransa prezidenti Emmanuel Makron Mişel Barnyeni ölkənin Baş naziri təyin edərək  Ukraynaya gələcək yardımı təhdid edir.

TodayPress xəbər verir ki, bu barədə Amerikanın "Responsible Statecraft" jurnalında dərc olunan məqalədə bildirilib. 

Qeyd edilir ki, yeni hökumət başçısı ciddi şəkildə "Milli Birlik" və onların lideri Marin Le Penin dəstəyi olmadan etimadsızlıq səsverməsi ilə üzləşə bilər. 

Bu səbəbdən sağçı qüvvələr Ukraynaya dəstək verməklə bağlı öz şərtlərini diktə edə biləcəklər.

Günəş Mərd

tag: Makron, Fransa ,Mişel, Amerika ,Ukrayna, todaypress.az,