Makronun “Telegram”ın aktiv istifadəçisi olduğu məlum oldu

Dünya

27.08.2024 12:10

2378

“Fransa prezidenti Emmanuel Makron digər fransız siyasətçiləri kimi “Telegram”dan aktiv istifadə edir”.

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. 

Respublika rəhbərinin Parisdə “Telegram”ın yaradıcısı Pavel Durovun həbsi fonunda messencerdən istifadə edərkən yaxalanması diqqət cəlb edib. 

“Demək olar ki, on il keçsə də, proqram hələ də Nazirlər Kabinetinin üzvləri və bütün partiyaların siyasətçiləri, xüsusən Makronu dəstəkləyən dairələr tərəfindən geniş şəkildə istifadə olunur” deyə nəşr yazıb.

Töhfə Səməd

tag: Makron, Prezident, Telegram,