Makronun reytinqi antirekordu yenilədi
Dünya
30.10.2024 18:10
Fransa prezidenti Emmanuel Makronun reytinqi rekord dərəcədə aşağı düşüb.
TodayPress xəbər verir ki, bu barədə "Verian-Epoka" şirkətinin "Figaro Magazine" nəşri üçün apardığı araşdırmada deyilir.
Araşdırmanın nəticələrinə əsasən, Fransa prezidentinin populyarlığı daha 5 faiz bəndi azalaraq 17 faizə enib ki, bu da Makronun 2017-ci ildə dövlət başçısı seçilməsindən bəri ən aşağı dəstək səviyyəsidir.
“Respondentlərin daha 78%-i prezidentin fəaliyyətindən narazı olduqlarını bildiriblər” araşdırmada bildirilir.
Qeyd olunur ki, Makronun populyarlığının azalması iyunda parlamentin buraxılması ilə bağlıdır - fransızlar bu addımı başa düşməyiblər.
Xatırladaq ki, bu ilin sentyabrında fransızların Emmanuel Makrona inam reytinqi üç bənd - 22%-ə qədər aşağı düşüb.
tag: Makron, Fransa, Prezident,Verian-Epoka, Reytinq, todaypress.az,