Makronun impiçmenti ilə bağlı qətnamə təsdiqləndi
Dünya
17.09.2024 14:47
Fransa Milli Assambleyasının Bürosu prezident Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsini təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl bu təşəbbüslə parlament seçkilərində qalib gəlsə də, hökumətin formalaşdırılması prosesindən kənarda qalan solçu “İtaətsiz Fransa” partiyası çıxış edib.
Bildirilir ki, bu qərar Fransa liderinin bu ilin yayında keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn, lakin Milli Assambleyada səs çoxluğu əldə etməyən sol qüvvələrin namizədi Lüsi Kasteni ölkənin Baş naziri təyin etməkdən imtina etməsi fonunda verilib.
Günəş Mərd
tag: Fransa, Makron ,Baş Nazir, Lüsi Kasten ,Prezident ,todaypress.az,