Makronun arvadına kişi deyən qadınlara hökm oxundu
Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makronu kişi adlandıran iki qadın böhtana görə cəzalandırılıb və 13,5 min avro cərimələnib.
TodayPress xəbər verir ki, bu barədə “BFMTV” kanalı məlumat yayıb.
Qadınların məhkəməsi iyun ayında baş tutub. Məlumata görə, Nataşa Rey adlı qadın Brijit Makron haqqında böhtan xarakterli materiallar hazırlayıb, Delfin Gequs adlı xanım isə onları yayıb. Lakin Rey xəstəliyi səbəbindən məhkəmə iclasına gəlməyib.
Qeyd edək ki, 2021-ci ildə Fransa liderinin həyat yoldaşı cinsiyyətinin dəyişdirilməsində şübhəli bilinirdi və sosial şəbəkələrdə bu mövzuda aktiv şəkildə yazılar tirajlanırdı.
Günəş Mərd
tag: Fransa, Prezident, Makron,Məhkəmə,Brijit Makron ,todaypress.az,