Makron yeni hökumətin təyinatından danışdı

Dünya

30.08.2024 14:42

Fransa prezidenti Emmanuel Makron Belqrada səfəri zamanı yeni hökumətin təyinatı ilə bağlı vəziyyəti şərh edib.

TodayPress xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb. 

O, ölkə üçün ən yaxşı həll yolunun axtarışında olduğunu deyib.  Eyni zamanda parlament seçkiləri heç bir bloka səs çoxluğu vermədiyindən hökumətin çoxdan gözlənilən bu təyinatının nə qədər vaxt aparacağını açıqlamayıb. 

Makron əlavə edib ki, xaricdə olduğu üçün sırf milli məsələlərə münasibət bildirmək istəmir. Fransaya qayıdandan sonra vətəndaşlara uyğun zamanda və uyğun kontekstdə müraciət edəcək. 

Günəş Mərd

tag: Fransa, Prezident, Emmanuel Makron, Belqrad ,Səfər, todaypress.az,