Makron və Merts təəccüb doğurdu

Dünya

12.05.2025 12:10

11

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertsin Ukraynada sülh danışıqlarının yalnız tam atəşkəsdən sonra başlanmalı olduğu ilə bağlı bəyanatları Almaniyanın “Handelsblatt” nəşrində tənqid olunub. 

TodayPress xəbər verir ki, nəşr bu mövqeni sual altına alıb və onun qəbuledilməz olduğunu qeyd edib.

“Bəs niyə də olmasın?” – deyə jurnalistlər sual edib və xatırladıblar ki, bir çox münaqişələrdə sülh danışıqları döyüşlər davam edərkən aparılıb. Məqalədə qeyd olunub ki, əgər Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında görüş baş tutarsa, bu, münaqişənin həllini sürətləndirə bilər.

Qiymət Mahir

tag: Emmanuel Makron,Fransa,Almaniya,Fridrix Merts,todaypress.az,