Makron Ukraynaya görə Polşaya səfər edəcək

Dünya

11.12.2024 19:45

Fransa prezidenti Emmanuel Makron Ukraynaya sülhməramlılar göndərməyə hazırlığını müzakirə etmək üçün dekabrın 12-də Polşaya səfər edəcək. 

TodayPress xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” nəşri məlumat yayıb.     

Qeyd olunub ki, Fransa ABŞ-nin Rusiya ilə Ukrayna üzrə danışıqlarından kənarda qala bilməz və buna görə də Fransa tərəfi Ukrayna ərazisinə sülhməramlı missiya yerləşdirmək təklifi irəli sürüb.

Hələ fevral ayında Makron ilk dəfə NATO qoşunlarının Ukraynaya göndərilməsi ideyasını irəli sürmüşdü. Lakin o, bunun hansı şəraitdə baş verəcəyini açıqlamamışdı. 

Xatırladaq ki, dekabrın 9-da “Do Rzeczy” nəşri yazıb ki, Ukraynadakı münaqişənin sona çatması ilə bağlı Polşa üçün mübahisəli məsələlərdən biri Avropa əsgərlərini ölkə ərazisinə göndərmək üçün “sülhməramlı missiya” layihəsidir, çünki Polşa silahlı qüvvələri bunu etməyəcək. 

Günəş Mərd

tag: Ukrayna,Polşa,Fransa,Makron,Todaypress,