Makron: "Ukrayna atəşkəslə razılaşa bilmir"
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Kiyevə raket zərbələrindən sonra Ukrayna atəşkəsə razı ola bilmir.
TodayPress xəbər verir ki, bu barədə "BFMTV" məlumat yayıb.
Makron qeyd edib ki, ABŞ prezidenti Donald Trampın narazılığı Rusiyaya yönəlməlidir.
Bundan əvvəl Tramp da Rusiyanın Kiyevə hücumundan narazı olduğunu açıqlayıb.
Qeyd edək ki, Rusiya ordusu gecə saatlarında Kiyev də daxil olmaqla bir neçə Ukrayna bölgəsinə raket hücumu həyata keçirib.
Hədəflər arasında dəmir yolu infrastrukturu, Malışev Zavodu və Xarkov hava limanı da olub.
Zərbələr Kiyev, Xarkov, Dnepropetrovsk, Poltava, Zaporojya və digər vilayətləri əhatə edib.
Türkan İsgəndərli
tag: Fransa,Ukrayna,Rusiya,Makron,Todaypress.az,