Makron: “Si Cinpin sülh quruculuğunda fəal rol oynaya bilər”

Dünya

27.03.2025 19:10

1513

Fransa prezidenti Emmanuel Makron Çin Xalq Respublikasının sədri Si Cinpinin Ukraynada sülhün bərqərar olunmasında Avropaya yardım göstərə biləcəyinə ümid etdiyini bildirib. 

TodayPress “Le Figaro”ya istinadən xəbər verir ki, bu barədə Makron “istəkli dövlətlər koalisiyası”nın Paris görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.

“Onun Rusiya ilə dialoqunun keyfiyyətini və bir neçə ay öncə Braziliya ilə irəli sürdüyü sülh təşəbbüsünü nəzərə alaraq ümid edirəm ki, sədr Si Cinpin bizə uzunmüddətli və dayanıqlı sülh quruculuğunda çox fəal şəkildə yardım edə bilər” deyə Makron vurğulayıb.

Fransa lideri əlavə edib ki, Çin bu prosesdə iştirak üçün bütün legitim imkanlara malikdir.

Qiymət Mahir

tag: Fransa,Çin,Ukrayna,Sülh,todaypress.az,