Makron Sena çayında üzməyəcək
Dünya
20.07.2024 12:30
Fransa prezidenti Emmanuel Makron Parisdə Yay Olimpiya Oyunlarının açılışından əvvəl Sena çayında üzməyəcək.
TodayPress xəbər verir ki, bu barədə “Le Monde” nəşrinə Fransa prezidentinin mətbuat katibi məlumat verib.
“O, Sena çayında üzəcəyini yox, sadəcə üzgüçülüklə məşğul olacağını açıqlayıb” deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bundan öncə Paris meri Ann İdalqo Sena çayındakı suyun Yay Olimpiya Oyunları çərçivəsində yarışlar üçün yararlı olduğunu nümayiş etdirmək üçün Sena çayında üzmüşdü.
Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.
Günəş Mərd
tag: Sena Çayı, Paris, Ann İdalqo, Fransa, todaypress.az,