Makron Putinin danışıqlar təklifini tənqid etdi

Dünya

11.05.2025 11:30

21

Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinin Ukrayna ilə 15 mayda İstanbulda birbaşa danışıqlar keçirmək təklifini “yetərsiz addım” adlandırıb. 

TodayPress xəbər verir ki, bu barədə “AFP” agentliyi məlumat yayıb.

Makron bildirib ki, atəşkəs danışıqlardan əvvəl olmalıdır.  Onun fikrincə, Putin çıxış yolu axtarır, çünki vaxt qazanmaq niyyətindədir. Bununla belə, Fransa lideri Rusiyanın təşəbbüsünü sülhə “ilk addım” kimi dəyərləndirib.

Qiymət Mahir

tag: Makron,Putin,Fransa,Rusiya,Ukrayna,todaypress.az,