Makron parlamentin buraxılması qərarını səhv adlandırdı
Dünya
01.01.2025 11:10
Fransa prezidenti Emmanuel Makron xalqa Yeni il müraciəti zamanı deyib ki, parlamentin buraxılması həll yollarından daha çox fikir ayrılığı gətirib.
TodayPress xəbər verir ki, bu barədə “BFM TV” məlumat yayıb.
Fransa lideri hakimiyyətin siyasi qeyri-sabitliklə üzləşdiyini vurğulayıb. Makron izah edib ki, o, “hərəkətsizliyi təhdid etməmək” üçün Milli Assambleyanı buraxmaq qərarına gəlib.
Dekabrın 4-də Fransa parlamentinin aşağı palatası (Milli Assambleya) Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamənin lehinə səs verib.
Töhfə Səməd
tag: Fransa ,Emmanuel Makron,Yeni il,Milli Assambleya,Mişel Barnye,todaypress.az,