Makron Paris sammitindən öncə Trampa zəng etdi – DETALLAR

Dünya

27.03.2025 17:55

940

“Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampla telefon danışığı aparıb və Parisdə keçiriləcək sammitdən əvvəl gündəmdəki məsələləri müzakirə edib”. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Bildirilib ki, telefon danışığı Makronun təşəbbüsü ilə baş tutub və əsas məqsəd Ukrayna prezidenti Volodimir Zelenski və digər Qərb liderləri ilə görüşdən öncə Trampı gündəlikdəki məsələlərlə tanış etmək olub. 

Qeyd edək ki, martın 27-də Parisdə keçiriləcək sammit Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin təşəbbüsü ilə təşkil olunub.

Sammitdə NATO-nun baş katibi Mark Rütte, Avropa İttifaqı və Kanada liderləri iştirak edəcək. 

Görüşdə Ukraynaya hərbi dəstək, eləcə də sülh müqaviləsi bağlandıqdan sonra Ukraynanın təhlükəsizliyinə Qərb dövlətləri tərəfindən təminatların verilməsi müzakirə olunacaq.

İştirakçılar xüsusilə Ukraynada mümkün sülhdən sonra təhlükəsizliyi təmin etmək üçün beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini gündəmə gətirəcəklər. 

Qiymət Mahir

tag: ABŞ,Tramp,Fransa,Makron,Todaypress.az,