Makron müharibəyə hazırlaşır, Le Pen isə “yox” deyir

Dünya

11.05.2025 21:15

16

Fransa prezidenti Emmanuel Makron müharibəyə hazırlaşır. 

TodayPress xəbər verir ki, bunu Fransanın Milli Mitinq Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen deyib.

Onun sözlərinə görə, bunu bu ölkə prezidentinin Ukraynadakı münaqişə ilə bağlı nümayiş etdirdiyi davranışındakı qeyri-müəyyənlik sübut edir. Le Pen əmindir ki, əgər Makron həqiqətən sülh istəsəydi, o, hərbi əməliyyatların dayandırılmasını dəstəkləyən istənilən səsi alqışlayardı.

Le Pen qeyd edib ki, Paris Ukraynada sülhün təmin olunmasında vasitəçilik rolunu öz üzərinə götürməlidir.

Töhfə Səməd

tag: Marin Le Pen,Makron,Fransa,Ukrayna,todaypress.az,