Makron İvanişvili ilə Gürcüstanı müzakirə etdi

Dünya

11.12.2024 18:42

Fransa prezidenti Emmanuel Makron hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişviliyə zəng edib. 

TodayPress xəbər verir ki, bu barədə “Tbilisi life” yazıb. 

Qeyd olunub ki, telefon danışığı Fransa prezidentinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı Fransa lideri Gürcüstandakı mövcud vəziyyətdən narahatlığını bildirib və bu münaqişənin tam həllinə töhfə vermək arzusunda olduğunu vurğulayıb.

İvanişvili də öz növbəsində Makrona təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını dəstəkləyib.

Siyasətçilər əldə olunan irəliləyişi qiymətləndirmək üçün yaxın günlərdə yenidən əlaqə saxlayacaqları barədə razılığa gəliblər. 

Günəş Mərd

tag: Gürcüstan,Fransa,Makron,İvanişvili,Todaypress.az,