Makron İsrailə silah tədarükünü dayandırmağa çağırdı
Dünya
12.10.2024 00:19
Fransa prezidenti Emmanuel Makron İsrailə silah tədarükünü
dayandırmağa çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “RİA Novosti”xəbər verir .
Onun sözlərinə görə, Qəzza zolağında və Livanda döyüşmək üçün istifadə edilən İsrailə silah tədarükünün dayandırılması atəşkəs üçün yeganə yoldur.
"Fransa bu döyüş bölgələrində istifadə olunan silahların ixracına son qoymalıdır" o bildirib.
Fransa lideri əlavə edib ki, bu, ölkənin məruz qaldığı
təhlükələr fonunda İsrailin tərksilah edilməsinə çağırış deyil.
Bundan əvvəl o bildirib ki, Paris İsraildən hərbi əməliyyatları tez bir zamanda başa çatdırmağı tələb edir. O, həmçinin Fransanın xarici işlər naziri Jan-Noel Barroya Livan və Qəzzada gərginliyin azaldılması ilə bağlı Yaxın Şərqdə məsləhətləşmələr aparmağı tapşırıb.
Aynur TAC
tag: Fransa, Makron, Şərq, İsrail, Müharibə, todaypress.az,