Makron İsrail rəsmisini seçkilərə müdaxilədə ittiham etdi – KİV

Dünya

11.07.2024 01:48

Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək, nazirlərindən birinin Fransadakı son seçkilərə “qəbuledilməz” müdaxiləsindən şikayət edib.

TodayPress xəbər verir ki, bu barədə “RT” “Axios”a istinadla yazıb.

Belə ki, bu ayın əvvəlində İsrailin “Kan” televiziyasına danışan İsrailin diasporla iş üzrə naziri Amixay Şikli hazırda Cordan Bardelanın rəhbərlik etdiyi Marin Le Penin "Milli Birlik" partiyasını dəstəklədiyini bildirib.

Le Pen Fransanın prezidenti olsaydı, İsrail üçün əla olardı” deyə Şikli bildirib. Netanyahunun razı olub-olmaması ilə bağlı suala isə Şikli “Düşünürəm ki, Netanyahu ilə həmfikirik” cavabını verib.

Xatırladaq ki, müsahibə Fransada parlament seçkilərindən dörd gün əvvəl baş tutub.

Nəzrin Cavadzadə

tag: Makron, İsrail, Fransa, Amixay Şikli, todaypress.az,