Makron: “İranın nüvə proqramı dönüşü olmayan nöqtəyə yaxınlaşır”

Dünya

06.01.2025 17:20

“İranın nüvə proqramı “dönüşü olmayan nöqtəyə” yaxındır”. 

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. 

Onun sözlərinə görə, İran Fransa, avropalılar, bütün region və onun hüdudlarından kənarda böyük strateji təhlükəsizlik problemidir: 

“İranın nüvə proqramının inkişafı bizi geri dönüşü olmayan nöqtəyə çox yaxınlaşdırır”. 

Fransa lideri qeyd edib ki, bu məsələ onun ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yeni administrasiyası ilə aparacağı dialoqda prioritet olacaq.  

Günəş Mərd

tag: ABŞ, Makron ,Prioritet,Nöqtə, todaypress.az,