Makron G7 ölkələrinin Kiyevə 50 milyard ayıracağına ümid edir

Dünya

08.06.2024 20:53

Fransa prezidenti Emmanuel Makron G7 ölkələrinin Kiyevə 50 milyard dollar ayıracağına ümid etdiyini bildirib.

TodayPress TASS-a istinadla xəbər verir ki,  Makron: “Ümid edirik ki, G7 sammiti Ukraynaya 50 milyard dollarlıq yardım göstərmək öhdəliyini yeniləyəcək” sözlərini dilə gətirib.

Makron həmçinin vurğulayıb ki, Paris Vaşinqtonun Kiyevə lazım olan qədər uzun müddətə və intensiv maliyyə dəstəyi verməklə bağlı yanaşmasını paylaşır. Fransa lideri həmçinin qeyd edib ki, o, İsveçrədə iyun konfransında və iyulda Vaşinqtonda keçiriləcək NATO sammitində Ukrayna ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırır.

GÜNEL

tag: Emmanuel Makron, Fransa, G7, Kiyev, todaypress.az,