Makron G20 sammitində Lavrovla əl sıxdı

Dünya

19.11.2024 11:30

Fransa prezidenti Emmanuel Makron Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla əl sıxıb.

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

“Makron G20 sammitində Rusiyanın xarici işlər naziri Lavrovu axtarıb və onun əlini sıxıb” deyə agentlik vurğulayıb.

Qeyd edək ki, noyabrın 18-də G20 sammitində iştirak edən ölkələrin liderləri yekun bəyannaməni qəbul ediblər. Orada deyilir ki, dövlətlərin nümayəndələri böyük qlobal çağırışlara və böhranlara cavab vermək və güclü, davamlı, balanslaşdırılmış və inklüziv inkişafı təşviq etmək üçün bir araya gəliblər.

G20 sammiti noyabrın 18-19-da Rio-de-Janeyroda keçiriləcək.

Günəş Mərd

tag: Makron, Sammit, Rusiya, Lavrov, G20, todaypress.az,