Makron Fransa ordusu ilə bağlı planlarını açıqladı
Dünya
21.01.2025 09:00
Fransa prezidenti Emmanuel Makron fövqəladə hallarda ölkənin silahlı qüvvələrini gücləndirmək üçün daha çox gənc könüllülərin səfərbər edilməsi layihəsini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Le Monde" qəzeti yazıb.
Fransa lideri Renn yaxınlığındakı Cesson-Sevigne bölgəsində qoşunlara müraciət edərək bildirib ki, Fransanı buna məcbur edən təhlükələr var.
O, həmçinin ölkənin müdafiə prioritetləri strategiyasının yenilənmiş versiyasını açıqlayıb və Avropanı strateji oyanışa çağırıb.
Makron çıxışı zamanı bildirib:
“Biz könüllüləri müəyyənləşdirmək, onları öyrətmək və Fransada, və ya başqa yerlərdə orduları gücləndirmək günü gələndə onları səfərbər etmək üçün daha yaxşı iş görməliyik. Peşəkar ordudan sonra dəstək üçün səfərbər etməli olduğumuz şəxslər könüllülərdir".
Qəzetdə yazılıb ki, Fransa 2030-cu ilə qədər orduya 210 min fəal hərbi qulluqçu və 80 min ehtiyatda olan hərbçi cəlb etməyi planlaşdırır.
Günəş Mərd
tag: Fransa,Makron,Ordu,Hərb,Todaypress.az,