Makron Durova niyə Fransa vətəndaşlığı verdiyini açıqladı
Dünya
31.08.2024 11:12
Fransa prezidenti Emmanuel Makron “Telegram”ın baş direktoru rusiyalı Pavel Durova Fransa vətəndaşlığının verilməsi ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürüb.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Mən bəzi idmançılara və sənətçilərə vətəndaşlıq verdiyim kimi, fransız dilini öyrənən cənab Durova da Fransa vətəndaşlığını verdim və hesab edirəm ki, bu, çox yaxşı bir şeydir. Ölkəmiz üçün mən bunu davam etdirəcəyəm” deyə Makron Belqrada səfəri zamanı deyib.
Nəşr yazır ki, rəsmi sənədlər Durovun 2021-ci ildə Fransa vətəndaşlığını aldığını göstərir.
Makron Durovla görüşməyi planlaşdırdığına dair xəbərləri də təkzib edib.
“Mən nə keçən həftənin sonunda, nə də sonrakı günlərdə cənab Durova nə zəng vurmuşam, nə də görüşməyi planlaşdırmışam” deyə Makron bildirib.
O, həmçinin şənbə gecəsi Azərbaycandan gəldikdən sonra Parisin “Le Burje” hava limanında həbs olunmazdan əvvəl Durovun Fransaya səfər etmək planları barədə əvvəlcədən məlumatı olduğunu inkar edib.
Xatırladaq ki, Durov avqustun 24-ü axşam saatlarında “Le Burje” hava limanında saxlanılıb. Avqustun 29-da Durov 5 milyon avro girov qarşılığında sərbəst buraxılıb və istintaq davam etdiyi müddətdə ona Fransanı tərk etmək qadağan edilib.
Günəş Mərd
tag: Makron, Durov, Həbs ,Vətəndaşlıq ,Azərbaycan, todaypress.az,