Makron Baş naziri istefaya göndərir

Dünya

12.07.2024 18:30

Fransa prezidenti Emmanuel Makron iyulun 16-da Baş nazir Qabriel Attalın istefasını təsdiq edəcək. 

TodayPress xəbər verir ki, bu barədə “France Bleu” məlumat yayıb.

Məlumata görə, bundan sonra Attal kabinetin yeni rəhbəri təyin olunana qədər Baş nazirin səlahiyyətlərini icra edəcək. 

Qeyd edək ki, Qabriel Attal iyulun 8-də Emmanuel Makrona istefa ərizəsini təqdim etsə də o, Baş nazirin istefasını qəbul etməyib.

Günəş Mərd

tag: Makron, Nazir, Qabriel Attal, İstefa, todaypress.az,