Makron Baş nazir Qabriel Attalın istefasını qəbul etdi
Dünya
16.07.2024 21:10
Fransa Prezidenti Emmanuel
Makron ölkənin Baş naziri Qabriel Attalın istefasını qəbul edib.
TodayPress xəbər verir
ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.
Bildirilib ki, Attal nazirlər
kabineti ilə birlikdə yeni hökumət təyin olunana qədər öz funksiyalarını yerinə
yetirəcək.
Qeyd edək ki, Attal ölkədə
keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə
istefa vermək qərarına gəlib.
Fransada keçirilən parlament seçkilərində “Yeni Xalq Cəbhəsi” koalisiyası qalib gəlib.
tag: todaypress.az,Makron, Fransa, Attal, İstefa,