Makron: “Afrika Fransaya təşəkkür etməlidir”
Dünya
07.01.2025 10:11
“Afrika ölkələri Saheldə terrorla mübarizədə göstərdiyi köməyə görə Fransaya təşəkkür etməyi unudublar”.
TodayPress xəbər verir ki, Fransa lideri Emmanuel Makronun bu çıxışı “X” sosial şəbəkəsində yayımlanıb.
Prezident Fransa ordusunun köməyi olmadan bu gün heç bir Afrika liderinin suveren ölkəni idarə etməyəcəyi fikrini ifadə edib.
Makron qeyd edib ki, Fransa bir neçə Afrika ölkəsini dövlət çevrilişinə görə tərk edib. “Paris iğtişaşçıları dəstəkləmir” deyə o bildirib.
Töhfə Səməd
tag: Fransa, Makron, Lider, Afrika, todaypress.az,