Makaron fabrikində partlayış: 20 nəfər xəsarət aldı

Dünya

15.09.2024 16:21

Türkiyənin Sakarya vilayətində yerləşən makaron fabrikində güclü partlayış baş verib.   

TodayPress xəbər verir ki, bu barədə “TRT” telekanalı məlumat yayıb. 

İlkin məlumatlara görə, azı 20 nəfər xəsarət alıb. Hadisə yerinə həkimlər və xilasedicilər gəlib.

Partlayışın nədən baş verdiyi hələlik məlum deyil. Müəssisənin ərazisində güclü tüstü yaranıb.

Günəş Mərd  

tag: Türkiyə,Fabrik,Yaralı,Partlayış,Todaypress.az,