Mahmud Abbas Rusiyadan yardım istədi
Dünya
26.08.2024 16:13
“Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağına səfəri ilə bağlı Rusiyadan dəstək istəyib”.
TodayPress xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl mətbuat konfransında deyib.
“Cənab Prezidentin Qəzza zolağına getmək qərarı Qəzzada atəşkəs üçün ciddi səylər göstərdiyinin nümunəsidir” deyə səfir qeyd edib.
O, bildirib ki, Fələstin tərəfi səfər məsələsində dəstəyə ehtiyac duyduğuna görə, Rusiyaya müraciət edib.
Töhfə Səməd
tag: Fələstin, Prezident, Rusiya, Qəzza, Abdel Hafiz Nofəl, todaypress.az,