Mahmud Abbas: "Fələstin İsraillə görüşlərdən imtina etməyib"

Dünya

06.08.2024 10:27

“Fələstin-İsrail münaqişəsini həll etmək üçün beynəlxalq qətnamələr əsasında siyasi həll yolu tapmaq lazımdır”.  

TodayPress “Gazeta.ru”ya  istinadən xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas deyib: 

“Biz bir daha təsdiq edirik ki, qlobal sülh və təhlükəsizliyə nail olmağın yolu beynəlxalq qətnamələrə və ərəb sülh təşəbbüsünə əsaslanan siyasi həlldən keçir”.

Onun sözlərinə görə, Fələstin İsrail nümayəndələri ilə görüşlərdən imtina etməyib. Fələstin dəfələrlə Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşə razılaşıb.

Günəş Mərd

tag: Fələstin, İsrail, Rusiya, Putin,Benyamin Netanyahu, todaypress.az,