Maduro üçüncü dəfə prezident oldu
Dünya
11.01.2025 09:45
Nikolas Maduro Venesuela Milli Assambleyasının binasında keçirilən İnaqurasiya mərasimində and içərək, ardıcıl üçüncü dəfə ölkə prezidenti olub.
TodayPress xəbər verir ki, bu barədə Venesuela parlamentinin mətbuat xidməti məlumat yayıb.
Maduro ölkə rəhbəri kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb.
Prezidentin andını Venesuela parlamentinin sədri Xorxe Rodriges qəbul edib.
tag: Maduro ,Prezident, Venesuela, Parlament ,todaypress.az,