Maduro keçmiş rəqibinin ölkədən getməsindən danışdı

Dünya

10.09.2024 10:07

Venesuela lideri Nikolas Maduro müxalifətdən prezidentliyə keçmiş namizəd Edmundo Qonzalesin ölkəni tərk etmək qərarını alqışlayıb.

TodayPress xəbər verir ki, o, bu barədə "YouTube" kanalında danışıb.

“Qəbul etdiyiniz qərarı, attdığız addımı başa düşürəm və hörmət edirəm. Ümid edirəm ki, səfərinizdə və yeni həyatınızda hər şey sizin üçün yaxşı olacaq.

Əmin olun ki, ölkə üçün sülh və harmoniya arzularınız yerinə yetəcək və Venesuelada sülh hökm sürəcək” deyə Maduro qeyd edib.

Qonzalesin gedişi ilə bağlı danışan Maduro həmçinin bildirib ki, diplomatiya və danışıqlar həmişə sülhün, sabitliyin və Venesuelanın maraqlarının müdafiəsinə töhfə verəcək.

Günəş Mərd

tag: Venesuela, Nikolas Maduro, Prezidentlik, Müxalifət, Edmundo Qonzales, todaypress.az,