Maduro gənclərin antifaşist hərəkatının yaradıldığını elan etdi
Dünya
24.11.2024 12:15
Venesuela lideri Nikolas Maduro Böyük Anti-Faşist Gənclik Hərəkatının yaradıldığını elan edib.
TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.
Onun sözlərinə görə, yeni hərəkat gənclər arasında birliyi təşviq edəcək və yeni dünya quracaq.
“Bu gün Venesuelada böyük anti-faşist tələbə gənclər hərəkatı yaranır” deyə Maduro qeyd edib.
Onun fikrincə, gənclər “Yanki imperiyasının dünyaya sırımağa çalışdığı” həqiqətləri devirməlidirlər. Bunun üçün yeni icma formaları yaratmaq və şəxsi müqavimət strategiyalarını təşviq etmək lazımdır.
Töhfə Səməd
tag: Venesuela,Maduro,Anti-Faşist Gənclik Hərəkatı,Yanki,todaypress.az,