Maduro: "ABŞ seçki komissiyası deyil"
Dünya
16.08.2024 09:13
Venesuela prezidenti Nikolas Maduro ABŞ-nin dünyanın digər ölkələrinin daxili işlərinə müdaxilə siyasətinin qəbuledilməz olduğunu bəyan edib.
TodayPress xəbər verir ki, siyasətçi bu barədə "Venezolana de Television"a müsahibəsində bildirib.
Maduro deyib ki, o, ABŞ-nin Venesuellanın və ya dünyanın hər hansı digər ölkəsinin seçki gücünə çevrilmək cəhdini qəti şəkildə rədd edir. Onun fikrincə, Birləşmiş Ştatlar özünün daxili problemləri ilə məşğul olmalıdır.
Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Hakimiyyət hazırkı dövlət başçısı Nikolas Maduronun qələbəsini elan edib. Bundan sonra Karakasda polislə etirazçılar arasında toqquşmalar başlayıb.
Günəş Mərd
tag: Venesulea, ABŞ,Prezident, Nikolas Maduro,Karakas, todaypress.az,