Macəra turizmi üçün ən yaxşı ölkə seçildi

Dünya

27.10.2024 14:43

Braziliya macəra turizmi üçün ən yaxşı ölkəyə çevrilib.   

TodayPress xəbər verir ki, bunu “US News & World Report” portalında dərc edilmiş səsvermənin nəticələrində göstərilib.   

Səsvermədə dünyanın 89 ölkəsində yaşayan 17 minə yaxın insan iştirak edib.  Nəticədə Braziliya macəra turizmi üçün ən yaxşı ölkələrin reytinqində birinci yeri tutub.   

Buna səs verən insanlar öz seçimlərini Braziliyada aktiv istirahət üçün müxtəlif istiqamətlər ilə əlaqələndiriblər. Buraya qayayadırmanma, rafting, uçurtma sörfü və ya paraşütlə tullanmaq imkanı daxildir.   

Bundan əlavə, respondentlər turizm infrastrukturunun yaxşı texniki vəziyyətini və Braziliyanın əsas təbii attraksionlarının əlçatanlığını qeyd ediblər. 

Həmçinin, onların fikrincə, Cənubi Amerika ölkəsində ekstremal idman növləri ilə məşğul olan zaman turistlərin təhlükəsizliyinin təmin edilməsi kifayət qədər yüksək səviyyədədir. 

Günəş Mərd 

tag: Turizm,Braziliya,Səsvermə,Sorğu,Todaypress.az,