Macarıstanla Ukrayna arasında diplomatik qalmaqal
Ukrayna və Macarıstan arasında diplomatik qalmaqal yaşanır.
TodayPress bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Ukraynanın Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki casusu Macarıstandan çıxartdıq” deyə Macarıstanın xarici işlər naziri Peter Siyarto feysbuk hesabındakı videomüraciətində bildirib.
Buna cavab olaraq da Ukrayna da iki macar diplomatı ölkədən qovur.
“Onlar 48 saat ərzində ölkəmizi tərk etməlidirlər” Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib.
Bundan əlavə, Ukrayna XİN Macarıstan səfirini çağırıb və ona nota təqdim edib.
tag: Ukrayna, Macarıstan, Qalmaqal, Toplomatik, XİN, todaypress.az,