Macarıstanın yeni viza qərarı Aİ-ni qorxutdu

Dünya

30.07.2024 10:14

“Macarıstan Rusiya vətəndaşları üçün turist vizası almaq qaydalarını qismən sadələşdirməklə casusların Avropa İttifaqına (Aİ) sızmasına yol açır”.

TodayPress xəbər verir ki, bu barədə Avropa Xalq Partiyasının (EPP) rəhbəri Manfred Veber bildirib. 

“Bu siyasət həm də qanunun tələb etdiyi məhdudiyyətlərdən yan keçərək, rusların Şengen zonası ətrafında hərəkətini asanlaşdıra bilər. Aİ liderləri Şengen zonasının bütövlüyünü qorumaq üçün mümkün olan ən güclü tədbirləri görməlidirlər” deyə Veber əlavə edib.

O, Macarıstan hakimiyyətinin Rusiya və Belarus da daxil olmaqla səkkiz ölkənin vətəndaşları üçün yeni sürətli viza sistemi tətbiq etmək qərarını tənqid edib. 

Yeni qaydalara görə, Macarıstana daxil olmaq üçün təhlükəsizlik yoxlaması tələb olunmur. Siyasətçi Budapeştin qərarının vaxtsız olduğunu vurğulayıb.

Töhfə Səməd

tag: Macarıstan, Aİ, Budapeşt, Rusiya, Avropa, todaypress.az,