Macarıstanın Parisdəki səfirliyində bomba təhdidi ilə bağlı axtarış aparılır
Dünya
14.12.2024 21:38
Macarıstanın Fransadakı səfirliyi elektron poçt vasitəsilə bomba təhdidi alıb.
TodayPress xəbər verir ki, bu barədə Macarıstan baş nazirinin sözçüsü Zoltan Kovacs “X” platformasındakı paylaşımında bildirib.
Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto bildirib ki, diplomatlara elektron poçtla göndərilmiş xəbərdarlıqda kustar üsulla hazırlanmış partlayıcıların fotosu var, amma hələlik bu partlayıcılar tapılmayıb.
Nazir əlavə edib ki, ilkin məlumatlara
əsasən, xəbərdarlıq məktubu qonşu ölkələrlə əlaqəli bir ünvandan göndərilib. Qeyd
edilib ki, hazırda səfirlik binasında axtarışlar davam edir.
tag: Macarıstan, Paris, Bomba, Zoltan Kovacs, Peter Siyarto, todaypress.az,