Macarıstanın Aİ sədrliyinə xitam verilsin! – Çağırış
Dünya
11.07.2024 17:02
“Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) qəbul etdiyi mövqelərə zərbə vurur və blokun maraqlarına zidd hərəkət edir. Buna görə də ölkənin Aİ Şurasına sədrliyi dayandırılmalıdır”.
TodayPress “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bunu "Avropanı bərpa et" liberal fraksiyasının lideri Valeri Hayer bildirib.
Hayer Avropa Şurasını Macarıstanın sədrliyini dayandırmaq üçün bütün vasitələri araşdırmağa çağırıb.
Xatırladaq ki, iyulun 5-də Macarıstanın Baş naziri Viktor Orban sülh missiyasını davam etdirmək üçün Rusiyaya səfər edib və prezident Vladimir Putinlə görüşüb. Almaniya kansleri Olaf Şolts və bir sıra Avropa ölkələrinin liderləri onun bu addımını kəskin şəkildə pisləyib.
Günəş Mərd
tag: Macarıstan, Çağırış, Avropa Şurası, Viktor Orban, Sülh, todaypress.az,