Macarıstanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur - Şarl Mişel
Dünya
04.07.2024 22:53
Macarıstanın Avropa İttifaqı
adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur.
TodayPress xəbər verir
ki, bunu Avropa Şurasının səlahiyyət müddəti başa çatmış rəhbəri Şarl Mişel “X”
hesabında yazıb
“Avropa İttifaqının ardıcıl sədrliyinin
Aİ adından Rusiya ilə qarşılıqlı əlaqəyə malik olmaq mandatı yoxdur”, - Mişel
vurğulayıb.
Mişel onu da əlavə edib ki,
Ukrayna olmadan Ukrayna ilə bağlı hər hansı müzakirə aparıla bilməz.
Qeyd edək ki, Macarıstan hazırda
Aİ Şurasına sədrlik edir.
Bir neçə gün öncə Macarıstanın
Baş naziri Viktor Orban Kiyevə səfər edib. Hazırda isə mətbuatda Orbanın
Moskvaya səfər edəcəyi barədə də məlumatlar yayılıb.
tag: Macarıstan, Aİ, Rusiya, X, todaypress.az,