Macarıstan XİN başçısı Rusiyanın nüvə doktrinasından danışdı
Dünya
14.10.2024 12:17
Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiyanın nüvə doktrinasındakı dəyişikliyi dəyərləndirib.
TodayPress xəbər verir ki, “RİA”ya verdiyi müsahibəsində o, Ukraynada münaqişənin bitəcəyi təqdirdə sənəddə qeyd olunan risklərin mövcud olmayacağını bildirib.
Xarici işlər naziri əlavə edib ki, bu qəbildən olan hadisələr əsasən Budapeştin münaqişənin sülh yolu ilə həllinin zəruriliyi ilə bağlı mövqeyinin lehinə olan arqumentlərdir.
Siyarto vurğulayıb ki, beynəlxalq ictimaiyyət böhranın diplomatik həllinin tapılmasına daha çox diqqət yetirməlidir.
Töhfə Səməd
tag: Macarıstan ,XİN ,Peter Siyarto, Rusiya ,Ukrayna, todaypress.az,