Macarıstan XİN: “Aİ üzvlüyə namizədlərinə boş vədlər verir”
Dünya
06.09.2024 13:34
“Avropa liderləri və nazirləri mənasız vədlərlə namizəd ölkələri sakitləşdirməməlidirlər”.
TodayPress xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Kişinyovda Moldovanın xarici işlər naziri Mixay Popsjoy ilə birgə mətbuat konfransı zamanı bildirib.
“Aİ-nin genişlənmə prosesi ilə bağlı Brüsseldə ortaya çıxan bu ikiüzlülüyün qarşısını almaq lazımdır” deyə o vurğulayıb.
Siyarto qeyd edib ki, Aİ-nin yüksək rütbəli rəsmiləri ictimaiyyət qarşısında çıxışlarında Avropa İttifaqının genişlənməsinə və yeni dövlətlərin birliyə qəbul edilməsinə dəstək verdiyini bəyan edirlər, lakin özəl olaraq Avropa ölkələrinin bir çox xarici işlər nazirləri yeni ölkələrin Avropa Birliyinə inteqrasiyası prosesinə şübhə ilə yanaşırlar.
Günəş Mərd
tag: Macarıstan, Peter Siyarto, Avropa ,Aİ, Moldova, todaypress.az,